Neft bahalaşır, Brent barrel başına $118,78 təşkil edir

09:31 - 16.06.2022


16 iyun, Fineko/abc.az. Ötən gün düşdükdən sonra, cümə axşamı günü keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri yüksəlir.

Saat 09:13-də London ICE Futures birjasında Brent neftinin avqust fyuçersləri $0,27 (0,23%) bahalaşaraq barrel başına $118,78 təşkil edib. 15 iyun ticarətinin nəticələrinə görə, Brent neftinin avqust fyuçersi $2,66 (2,20%) - barrel başına $118,51-ə düşdü.

Saat 09:13-də Nyu-York əmtəə birjasının (NYMEX) ticarətində WTI neftinin iyul fyuçersləri $0,51 (0,44%) – barrel başına $115,82- ə qədər çoxaldı. 15 iyun ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $3,62 (3,04%) - barrel başına $115,31-ə düşdü.


Other news