Füzulidə yaşayış binalarının tikintisi üçün tender elan edilib

02.08.2022,10:58


2 avqust, Fineko/abc.az. “MİDA” MMC Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 13, 14, 15, 16, 17 və 18 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 1200 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 13.09.2022 17:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əliyev Vüqar, telefon : (+99412) 594-54-01, daxili 239