Pakistan Azərbaycanda ticarət evi açmaq istəyir

10:48 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Yaxın 5-6 ay ərzində Pakistanın Azərbaycanda Ticarət Evi açılacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı iş aparılır.

Səfir qeyd edib ki, Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi azdır və Ticarət Evinin açılması ilə bu sahədə ciddi artım olacağına ümid edirlər.

“Biz iki ölkə arasında ticarət dövriyyəsindən məmnun deyilik, ümid edirik ki, Ticarət Evinin açılması ilə ikitərəfli ticarətdə təxminən 3 dəfə artım olacaq. Səfirlik olaraq ticarət dövriyyəsini artırmaq üçün görüşlər təşkil edirik. Ötən həftə Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası baş tutdu. 18-19 əsas şirkətin nümayəndələri Azərbaycana səfər etdilər və burada görüşlər keçirdilər", - deyə o qeyd edib.

 

Bütün xəbərlər