15:00 - 27.06.2018
İtaliya.
İstənilən ölkə və şəhərdə göyərçinləri çörək və ya bulka qırıntıları ilə bəsləmək mərhəmətli iş sayılır- Venesiya istisna olmaqla. Bu şəhərdə göyərçinlərə qırıntı atanlar kifayət qədər yüksək məbləğdə pul cəriməsi ala bilərlər. Belə cəzanın yaranmasına səbəb hökümətin qədim heykəl və tikililəri quşların zədələyici təsirindən qorumaq istəyidir.
Fransa.
1910-cu ildən fransada dəmir yolunda platformada öpüşmək qanunla qadağan edilib. Bu qadağanın yaranma səbəbi sevgililərin uzun sürən “vidaları“nın qatarların qrafikini ləngitməsi olub. Qanun günümüzədək qüvvədədir. Sadəcə indi dəmir yolu vağzallarında sevgililərin rahat vidalaşması üçün xüsusi yerlər mövcuddur.
Tayland.
Tayland banknotlarında nüfuzlu şəxslərin rəsmləri həkk olunub. Əgər təsadüfən bu pulları kimsə tapdalasa ciddi məbləğdə cəzalana bilər.
Ingiltərə.
Britaniya sahillərindən 3 mil məsafədə olan su heyvanlarına əllə toxynmaq qanunla qadağan olunub. Qanuna görə bu məsafədə olan heyvanlar krallığın mənsubiyyəti hesab edilir və toxunulmazdırlar. Çox güman ki, bu qanun canlıları qorumaq məqsədilə qəbul edilib.
ABŞ.
Bütün dünyada uşaqların çox sevdiyi “Kinder” şokoladlı yumurtalarının satışı 2013-cü ilədək ABŞ-da qadağan idi. Səbəb-yumurtaların içindəki oyuncaqların çox kiçik ölçülü olması idi. Hesab olunurdu ki, az yaşlı uşaqlar bu kiçik oyuncaqları və ya onun hissələrini uda və özünə zərər verə bilərlər. “Kinder surpriz”in satışı yalnız içindəki oyuncaqların ölçüsü böyüdüldükdən sonra mümkün oldu.
Kanada.
Bu ölkədə qəpik yığmaq mənasız işdir. Çünki, 1985-ci ildən qəbul edilmiş qanuna görə 10 Kanada dollarından baha olan heç bir məhsulun ödənişini qəpiklə etmək olmaz.
Sinqapur.
Əgər bir şəxs 3 dəfə küçəyə zibil atarkən yaxalansa, o bazar günləri yaxasında “mən zibilləmişəm” lövhəsi ilə küçələri yumağa məcburdur. Və cəza yerli televiziya ilə də yayımlanır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024