“PwC Azerbaijan” “Azərkosmos”da audit keçirəcək

10:57 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. "Azərkosmos" ASC, özünün 2017-ci il üzrə maliyyə hesabatının müstəqil yoxlanmasının keçirilməsi üçün audit şirkətini təyin etdi.

Tender komissiyasının məlumatında deyildiyi kimi, "Azərkosmos" ASC tərəfindən elan edilmiş tenderin qalibi “PwC Azerbaijan” şirkəti oldu.

1 dekabr 2017-ci il tarixində tərəflər arasında müqavilə imzalandı. Xidmətlərin qiyməti 43,66 min AZN təşkil edir.