Bundan sonra mənzil satanlara vergi güzəşti olunacaq - Vergi Məcəlləsində yenilik

15:25 - 28.12.2019


28 dekabr, Fineko/abc.az. Mənzil mülkiyyətçiləri ilə bağlı daha bir yenilik tətbiq olunub.

Belə ki, əvvəllər mənzil mülkiyyətçiləri 5 il müddətində yaşayış sahəsində qeydiyyatda olduqları halda mənzillərini satarkən vergidən azad idilərsə, bu müddət 2 il azaldılaraq 3 təqvim ilinə endirilib.

ABC.AZ Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, Vergi Məcəlləsində ediləcək bu dəyişikliklər sosial xarakterli güzəşt olmaqla, əhalinin maliyyə-vergi yükünün azaldılması məqsədini daşıyır. Digər tərəfdən, yaşayış sahəsində qeydiyyat müddətindən asılı olmayaraq istənilən fiziki şəxs mülkiyyətində olan mənzili satarkən hər zaman 30 kvadrtametrə görə vergi güzəşti əldə edəcək. Məsələn, 70 kvadrtametrlik evini satan vətəndaş üçün 30 kadratmetr çıxılmaqla qalan 40 kvadrtmetrə görə vergi hesablanacaq. Bununla yanaşı, hər kvadratmetrə görə 15 manat baza vergi məbləği müəyyən edilib ki, bu da zona əmsallarına vurularaq hesablanır. Nəticədə, vətəndaşlar hər mənzil satışı zamanı 450 manat baza vergi məbləği qədər güzəşt əldə etmiş olurlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər