İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti axtarır

10:23 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üçün açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 17-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 25-i, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

 

Bütün xəbərlər