Azad olunmuş ərazilərin bərpası ilə bağlı görüş - İtaliya şirkətləri dəvət olundu

10:32 - 23.02.2021


23 fevral, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən video-formatda görüşdə əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyi bildirilib.

Görüşdə Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində İtaliya təşkilatlarını iştirak etməyə dəvət etdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər