Sabunçuda nöqsanlar aşkarlandı - İcra başçısına iradlar tutuldu

12:15 - 4.05.2021


4 may, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) video konfrans formatında müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır.

"Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir" deyə E.Əzizov vurğulayıb.

 

Bütün xəbərlər