Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək - Prezident

15:19 - 1.07.2021


1 iyul, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı qeyd edib ki, xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib.

"Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcək".

 

Bütün xəbərlər