330x110
 

Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi - İlham Əliyev

05.10.2021,14:45


5 oktyabr, Fineko/abc.az. "Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi".

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı deyib. Dövlət başçısı daha sonra sözlərinə belə davam edib:

"Mənim xatirimdədir, o vaxt Dövlətqaçqınkomun sədri Əli Həsənovdan soruşmuşdum ki, belə bir fikrim var, Cocuq Mərcanlı sakinlərini öz kəndinə qaytaraq. O vaxt orada bir ailə - Oktay Həziyevin ailəsi yaşayırdı. Dedim ki, siz öyrənin görün gəlmək istəyirlər, istəmirlər? Artıq uzun müddət keçib, bəziləri Biləsuvarda, bəziləri Bakıda işləyirlər, indi iş yerləri var, qayıtmaq istəyirlər, yoxsa, yox? Bir müddət keçəndən sonra Əli müəllim mənə dedi ki, demək olar onların hamısı qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Çünki o vaxt müxtəlif fikirlər var idi ki, torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları o yerləri görməyiblər, onların uşaqları, nəvələri. Ancaq o sözlər bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.