Mərkəzi Bank “Gilan Qəbələ Konserv Zavodu” MMC-ni cərimələyib

14:25 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. “Gilan Holding” MMC-nin Qəbələdəki zavodu “Gilan Qəbələ Konserv Zavodu” MMC barəsində Azərbaycan Mərkəzi Bankı cərimə protokolu tərtib edib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri ilə bazara məhsul çıxaran “Gilan Konserv Zavodu” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 14 oktyabr 2021-ci il tarixdə, Qəbələ Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

 

Bütün xəbərlər