Bələdiyyə sədri həbs olundu - Rüşvət alırmış

10:50 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Bərdədə keçmiş bələdiyyə sədri barədə həbs qətimkan tədbiri seçilib.

Bərdə Rayon Prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, Bərdə rayonu, Şorəlli kənd bələdiyyəsində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Şorəlli bələdiyyəsinin sabiq sədri Raqub Kərimov  vətəndaşdan rüşvət almaqla torpaq sahələrini geri tarixlərə sənədləşdirib rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Raqub Kərimov qeyd olunan maddələrlə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər