330x110
 

Bundan sonra Gürcüstana daha rahat getmək olacaq - Qaydalar asanlaşdı

20.10.2021,15:33


20 oktyabr, Fineko/abc.az. Azərbaycanın peyvənd olunmamış vətəndaşlarının Gürcüstana daxil olma prosedurları asanlaşdırılıb.

ABC.AZ-ın məlumatına görə, bundan sonra Azərbaycan vətəndaşları yalnız mənfi PCR test nəticəsi ilə daxil ola bilər.

Belə ki, oktyabrın 19-dan etibarən Gürcüstan bir sıra dövlətlər üçün ölkəyə giriş qaydalarını sadələşdirib.

Yeni qərara əsasən, Azərbaycanla yanaşı, Ukrayna, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan vətəndaşları PCR test nəticəsi ilə Gürcüstana daxil ola bilər.

Mənfi PCR test nəticəsi səfərdən əvvəl 72 saat ərzində əldə edilməlidir.