Sabiq məmuru şantaj edib 100 min manatını almaq istədi - Həbs olundu

10:31 - 14.06.2022


14 iyun, Fineko/abc.az. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olmuş Rafael Rəhmanova qarşı hədə-qorxu gəlinib.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, ittihama görə, Rafael Rəhmanovun keçmiş qayını Elman Quliyev onun sahib olduğu külli-miqdarda dəyərə malik çoxsaylı daşınmaz əmlakların siyahısı və şəxsi həyatı ilə bağlı topladığı özünə məlum olan rüsvayedici məlumatları müxtəlif xəbər portallarına və kütləvi informasiya vasitələrinə ötürməklə qısa müddət ərzində sosial şəbəkələrdə yayma hədəsi ilə ondan 100.000 manat nağd pul verməsini hədə-qorxu ilə tələb edib.

Zərərçəkmişin şikayəti əsasında Elman Quliyev saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə müavini olub. Aydın Bəşirov vəzifəsindən azad olunandan bir müddət sonra Rafael Rəhmanov da tutduğu vəzifədən azad olunub.

Bütün xəbərlər