İyulda bahalaşan və ucuzlaşan ərzaq məhsulları - Statistika

16:27 - 10.08.2022


10 avqust, Fineko/abc.az. 2022-ci ilin iyul ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın və pivənin qiymətlərində müşahidə edilib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bildirilir ki, həmin müddət ərzində təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətləri isə ucuzlaşıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Other news