330x110
 

Yarım ildə neft ixracı azalıb

02.08.2021,10:06


2 avqust, Fineko/abc.az. Cari ilin ilk 6 ayında ölkədən təxminən 14 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

ABC.AZ Energetika Nazirliyinin bu ilin yanvar-iyun ayları üzrə ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına istinadən xəbər verir ki, bunun 13,3 milyon tondan çoxu konsorsiumun, 738,7 min tonu isə SOCAR-ın payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən təxminən 667 min ton, yəni 4,8 faiz azdır.