Estoniya Şengen vizası ilə Rusiya vətəndaşlarına girişi qadağan edəcək

16:18 - 11.08.2022


11 avqust, Fineko/abc.az. Estoniya gələn həftədən etibarən respublikanın verdiyi Şengen vizası ilə rusların ölkəyə girişi üçün sərhədləri bağlayacaq.

Bu barədə ABC.AZ xarici mediyaya istinadla xəbər verir.

Qeyd edilir ki, bir sıra vətəndaşlar üçün istisnalar ediləcək. Belə ki, konsulluq idarələrinin əməkdaşları və onların ailə üzvləri, yük və sərnişin daşıyıcıları, Estoniyada yaşayan insanların yaxınları daxil ola biləcəklər.

Həmçinin, Estoniya digər ölkələrdə Şengen vizası almış rusların ölkəyə girişinə qadağa qoyulması məsələsinə baxacaq. Bundan əlavə, respublika Şengen vizası olan bütün rusların ölkəyə girişinə Aİ səviyyəsində məhdudiyyətlər tətbiq etməyi təklif edir.

Bütün xəbərlər