Buraxılış imtahanlarında ən zəif nəticə göstərən Bakı rayonları - Siyahi

12:17 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. Bakıda buraxılış imtahanları üzrə ən zəif nəticəni Qaradağ rayonu göstərib.

ABC.AZ xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin konfransında deyib.

Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dil fənlərində geriləmə qeydə alınıb.

"4 rayonda nəticələr aşağı olub. Bunlar Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonlarıdır. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik", - Mehriban Vəliyeva vurğulayıb.

Bütün xəbərlər