Ermənistan Təhlükəsizlik Şurası - Son döyüşlərdə 207 erməni hərbçi ölüb, 20 hərbçi əsir düşüb

19.09.2022,17:29


19 sentyabr, Fineko/abc.az. Sərhəddəki gərginlik nəticəsində Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb və ya itkin düşüb, yaralıların sayı isə 293 nəfərdir.

ABC.AZ erməni mətbuatına istinadən xəbər verir ki, bu Ermənistan Təhlükəsizlik Şurasının yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, sentyabrın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Şurada qəbul edilmiş açıqlamada sentyabrın 12-13-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribat nəticəsində 207 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü, 293 nəfərin yaralandığı, 20 hərbçinin isə əsir düşdüyü qeyd edilib.