Bakı Fond Birjasında əməliyyatların həcmi 3 milyard manatdan çox azalıb

10:42 - 4.10.2022


4 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında 01.01.2022-30.09.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 9 milyard 146 milyon 107 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, ötən ilin eyni dövründə BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 947 milyon 606 min manat təşkil etmişdi.

Birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 130%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.

2022-ci ilin sentyabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 106 milyon 547 min manat təşkil edib.

Bütün xəbərlər