Zakir Qaralova məxsus şirkət nizamnamə kapitalını artırıb

10:57 - 7.10.2022


7 oktyabr, Fineko/abc.az. “Akkord Nəqliyyat” MMC (VÖEN-  1502885361) nizamnamə kapitalını artırdığını elan edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Yeniavaz.com məlumat yayıb.

Qeyd edilib ki, Nərimanov rayonu, Teymur Əliyev, ev 59 ünvanında qeydiyyatda olan “Akkord Nəqliyyat” MMC 06.05.2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Məmmədbağırov Sərxan İlham oğludur.

“Akkord Nəqliyyat” nizamnamə kapitalını 616 min 100 manat artıraraq 2 milyon 188 min 730 manat 71 qəpikdən 3 milyon 503 min 460 manat 71 qəpiyə çatdırır.

Onu da qeyd edək ki, 2 ay əvvəl “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Logistika Mərkəzi” MMC (VÖEN- 1805486991) nizamnamə kapitalını kəskin azaldıb. 26.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınan və Sabunçu rayonu, 1-ci mədən ünvanında qeydiyyatda olan “Akkord Logistika Mərkəzi” MMC nizamnamə kapitalını 46 min 635 dəfə azaldaraq 4 milyon 634 min 790 manatdan 100 manata qədər endirib.

Bu MMC-nin qanuni təmsilçisi də Məmmədbağırov Sərxan İlham oğludur.

Xatırladaq ki, uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralaova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.

Bütün xəbərlər