"Mahal Konstruktion" məhkəməyə verildi

11:57 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. "Mahal Konstruktion"a siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı şəhər Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov sədrliyi ilə baxılır.

Bütün xəbərlər