10:04 - 25.05.2023
25 may, Fineko/abc.az. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yeni layihələr yerli borc bazarının inkişafına güclü təkan verə bilər”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Azərbaycanda keçirilən görüşlərin yekunlarına əsasən deyib.
“Bu layihələr həm dövlət büdcəsi, həm də özəl investorlar hesabına maliyyələşdirilir. Eyni zamanda, irimiqyaslı maliyyə ehtiyaclarını və banklarda kredit limitlərinin tükəndiyini nəzərə alaraq, şirkətlər kapital bazarlarında layihələrin maliyyələşdirilməsi üçün vəsait cəlb etməyi planlaşdırır. İstiqrazların yerli bazara çıxarılmasının lehinə olan əlavə arqument girovun olmamasıdır”, - o qeyd edib.
Beləliklə, onun sözlərinə görə, potensial emitentlər öz maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdırmağa çalışırlar. “İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrinin maliyyələşdirilməsinə ehtiyac ildə 3-4 milyard manat həcmində qiymətləndirilir ki, bu da hesablamalarımıza görə, ÜDM-in təxminən 2,2-3 faizini təşkil edir. Bu, həm də “yaşıl maliyyələşdirmə” alətlərinin yerləşdirilməsi üçün potensial yaradır”, - “Qazprombank”ın baş iqtisadçısı söyləyib.
Onun sözlərinə görə, hazırda təkrar bazarda investorlar üçün platformaların hazırlanması istiqamətində iş aparılır: “Xarici investorlar həmçinin brokerlər vasitəsilə həm ilkin, həm də təkrar bazarlarda Maliyyə Nazirliyinin qiymətli kağızlarına investisiya qoya bilərlər. “Euroclear” və “Clearstream” ilə əməkdaşlıq gündəmdə qalmağa davam edir, lakin yerli borc bazarının həcminin daha da artırılmasını tələb edir".
Səbail rayon Məhkəməsində qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
29 Sentyabr 2023
Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
29 Sentyabr 2023
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
29 Sentyabr 2023
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2.4 milyard ABŞ dolları olacaq.
29 Sentyabr 2023
Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar Ermənistan tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq.
29 Sentyabr 2023
“TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik.
29 Sentyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
1 Oktyabr 2023
30 Sentyabr 2023
30 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023
29 Sentyabr 2023