Qadınlar tərəfindən edilən maraqlı ixtiralar

15:23 - 19.07.2018


Texnologiyanın inkişafında kişilər qədər qadınlar da bir çox ixtiralara nail olmuşlar.

Onlardan sadəcə bir neçəsi ilə siz də tanış olun.

1. Günəş batareyası. Maria Telkes və Eleanor Reymond günəş batareyalarının yaradıcısıdır. Onların bu ixtirası “ağıllı ev” texnologiyasının əsasını qoymuşdur.

2. Simsiz əlaqə. Kino sahəsində aktrisa kimi çalışan Heddy Lamarr həm də, simsiz əlaqənin analoqu olan  Bluetooth və WI FI –ın əsasının qoyan şəxs kimi tarixə düşmüşdür.

3. Mikrodalğalı soba. Djessi Kartrayt məişət texnikasında bir çox ixtiralar ilə tanınsa da, ona əsas məşhurluq gətirəni mikrodalğalı sobadır. İlk sobaya o Radarange adını vermişdir.

4. Şüşə təmizləyən. Bütün avtomobillərdə gördüyümüz şüşə silənin yaradıcısı Meri Andersondur. Buna ilham verən hadisə isə qarlı havada tramvayda gedərkən sürücünün tez-tez tramvaydan enərək ön şüşəni silməsi olub.

5. Qabyuyan maşın. Müasir qabyuyan maşınların yaradıcısı Cosefina Koxreyn hesab olunur.  Bu fikrin yaranmasına səbəb isə qulluqçuların onun farfor qabları ilə ehtiyatsız rəftarı idi.

6. Qida məhsullarının dondurulma üsulunun yaradıcısı Meri Peninqtondur.

7. Sara Mater- sualtı qayıqlarda istifadə edilən periskopun yaradıcısıdır.

8. Avtomobil səsboğucusu. Bu akustuk filtrin yaradıcısı Ell Dolores Consdur.

9. Bir çox insanın həyatını xilas edən güllə keçirməz köynək də qadın tərəfindən ixtira edilib. Onun yaradıcısı Stefoni Kvolekdir.

10. Silikonun yaradıcısı Patrissiya Billinqsin peşəsi heykəltaraş idi və o əsərlərinin korlanmasının qarşısını almaq üçün xüsusi material hazırlamağa çalışarkən silikonu əldə etmişdir.

 

Bütün xəbərlər