Gürcüstanda keçiriləcək növbəti prezident seçkilərinin tarixi məlum oldu

31.07.2018,16:43


31 iyul, Fineko/abc.az. Yaxın günlərdə Gürcüstan prezidenti prezident seçkilərinin gününü rəsmi olaraq elan edəcək.

Prezident Administrasiyası ilə Gürcüstan hökuməti arasında aparılan məsləhətləşmələr zamanı növbəti prezident seçkilərinin tarixi cari ilin oktyabrın 28-i elan ediləcəyi razılaşdırılıb.

Gürcüstanın konstitusiyasına əsasən, növbəti prezident seçkisinin keçirilməsinə 60 gün qalmış baş nazir bu siyasi kampaniyanın tarixini açıqlamalıdır. Bu dəfə Gürcüstan prezidenti ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçiləcək

2010-cu ilin oktyabrında qəbul edilən konstitusiyaya əsasən, prezidentin səlahiyyətləri parlament və baş nazirin xeyirinə azaldılıb.