Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında dərc ediləcək

21.08.2018,20:22


21 avqust, Fineko/abc.az. Avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında (elektron versiyada, pdf şəklində) Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə “Abituriyent” jurnalının 10-cu sayı isə həmin gün (günün ikinci yarısında) dərc olunacaqdır.

“Abituriyent” jurnalının 9-cu sayının elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəksiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Jurnalın 10-cu sayını isə aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkün olacaq:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.