AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

16:49 - 29.08.2018


29 avqust, Fineko/abc.az. Bu gün Azərbaycanın Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirildi.

BFB-in məlumatında deyilir ki, 29 avqsut tarixində AMB 50101270S dövlət nömrəli, 200 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

9 investordan 347,46 milyon manat məbləğində 16 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3812 manat (gəlirlilik 8,01%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 26 sentyabr 2018-ci il.

 

Bütün xəbərlər