Dövlət qulluğuna qəbul üçün müsahibələrin keçirilmə qrafiki tərtib edilmişdir

19:17 - 31.08.2018


31 avqust, Fineko/abc.az. Müsabiqə üzrə müsahibə elanı çərçivəsində 7 dövlət orqanı üzrə ümumilikdə 215 vakant (A növü üzrə 15, B növü üzrə 200 vəzifə olmaqla) vəzifə müsahibəyə çıxarılmış və ümumilikdə 132 nəfər namizəd kimi qeydiyyatdan keçmişdir. Həmin namizədlərlə 279 müsahibənin keçirilməsi planlaşdırılır. A növünə aid vəzifələrin tutulması üçün planlaşdırılan müsahibələrin 17 sentyabr tarixində, B növünə aid vəzifələr üzrə müsahibələrin isə 12 sentyabr - 03 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur. 

Ümumi müsahibə elanı çərçivəsində 5 dövlət orqanında 7 vakant vəzifə çıxarılmışdır. Elan üzrə müsahibələrin 10-17 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.  

Müsahibələr Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və Maliyyə Nazirliyinin inzibati binasında keçiriləcək. 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

 

Bütün xəbərlər