Maliyyə Nazirliyi 40 milyon manat məbləğində DQİ yerləşdirəcək

17:34 - 11.10.2018


11 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki,  hərrac oktyabrın 16-da keçiriləcək.

“DQİ emissiyasının həcmi,  hər birinin nominal dəyəri 100 manat olmaqla, 40 milyon manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gündür. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir

 

Bütün xəbərlər