İlham Əliyev inşaat kimyəviləri zavodunun açılışında iştirak etdi

15:32 - 16.11.2018


16 noyabr, Fineko/abc.az.  Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev prezidentə Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, parkın rezidentləri barədə məlumat verdi.

Zavodun baş direktoru Adəm Yayla prezidentə müəssisə haqqında məlumat verdi. Zavodun direktoru bildirdi ki,  zavod 2016-cı ilin martında rezident kimi qeydiyyata alınıb.

İlkin mərhələdə müəssisənin illik istehsal həcmi 40 min ton tikinti qatqılarıdır. Zavodun məhsullarının Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixracı nəzərdə tutulur. İnvestisiya dəyəri 3,5 milyon dollar olan layihə çərçivəsində 60 nəfər daimi işlə təmin olunacaq.

 


Bütün xəbərlər