11:59 - 3.01.2019
3 yanvar, Fineko/abc.az. Azərbaycanın təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.
Əmrə əsasən, I siniflərində kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmə (BSQ) ləğv edilib. II-III siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmə keçiriləcək.
Hər bir ümumtəhsil müəssisəsi artıq hər yarımilin sonunda böyük summativ qiymətləndirmə keçirəcək, xüsusilə, IV, IX və XI siniflərdə bütün fənlər zrə, V-VIII siniflərdə siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə, həmçinin, lisey və gimnaziyaların V-VIII siniflərində müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə. Məktəblərin təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə, təmayülləşmə tətbiq olunan X sinfində müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə, eyni prinsip, lisey və gimnaziyaların X sinifləri üçün tətbiq olunacaq.
V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün və tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum digər 3 fənn üzrə də böyük summativ qiymətləndirmə keçirilə bilər.
Böyük summativ qiymətləndirmələr 100 ballıq şkala ilə ölçülür. KSQ bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır.
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024