Azərbaycan Mərkəzi Bankı 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:22 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 9 yanvar tarixində AMB 50100273S dövlət nömrəli, 250 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

13 investordan 534 046,4 min manat məbləğində 23 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 6 fevral   2019-cu il.

 

Bütün xəbərlər