Martın 19-da AMB 300 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

16:56 - 18.03.2019


18 mart, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 19 mart tarixində 50101273S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin  nominal dəyəri 100 manat olmaqla, 300 milyon manat həcmində təqdim ediləcək. Tədavül müddəti 29 gün təşkil edəcək”, - BFB-in məlumatında  belə deyilir.

 

Bütün xəbərlər