AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

17:46 - 27.03.2019


27 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, martın 27-də AMB 50101373S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 359 436,0 AZN (8,98%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 359,436,000.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3065 AZN (8.98%), orta ölçülmüş qiyməti 99.3220 AZN (8.78%) müəyyən edilmişdir. Hərrac nəticəsində  300 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir. 

Notların ödəmə tarixi: 24 aprel  2019-cu il.

 

Bütün xəbərlər