Maliyyə Nazirliyi 25 milyon manat məbləğində DQİ yerləşdirəcək

16:28 - 11.04.2019


11 aprel, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə AZ0104004749 nömrəli Dövlət Qısamüddətli İstiqrazların (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirəcək.

BFB-in məlumatında deyilir ki,  hərrac aprelin 16-da keçiriləcək.

“DQİ-in emissiya həcmi 25 milyon manat, hər birinin nominal dəyəri 100 manat təşkil edəcək. İstiqrazların tədavül müddəti 364 gün təşkil edəcək. Yerləşdirmənin anderrayteri qismində  “PASHA Capital” şirkəti çıxış edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər