AMB aprelin 24-də 300 milyon manatlıq qısamüddətli notlar yerləşdirəcək

23.04.2019,16:14


24 aprel, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-nin məlumatında deyilir ki, aprelin 24-də 50101773S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar 300 milyon manat həcmində təqdim ediləcək, hər notun nominal dəyəri 100 manat təşkil edəcək. Notların tədavül müddəti 28 gündür”, - BFB-nin məlumatında belə deyilir.