Alman turoperatorları Azərbaycanı turistlərə ayrıca təbiət və mədəniyyət istiqamət kimi təqdim edəcəklər

17:52 - 6.05.2019


6 may, Fineko/abc.az. Dövlət Turizm Agentliyi ölkənin turizm potensialını Avropada təşviq etmək məqsədi ilə Alman turoperatorları ilə yerli turizm şirkətlərinin görüşünü təşkil etdi.

Dövlət Agentliyinin məlumatında deyilir ki, 150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

“Berlin, Frankfurt, Münhen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, xüsusilə, Qəbələ, Şamaxı və Şəki şəhərlərinə turlar təşkil olunmuşdur.

Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.

2018-ci ilin sonundan etibarən Almaniyanın Münhen şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

 

Bütün xəbərlər