AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:50 - 8.05.2019


8 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 8-də AMB 50100276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,4959 AZN (6,76%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 552 884,5 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiymət 99,4959 AZN (6,76%) səviyyəsində müəyyən edilmişdir. Hərrac nəticəsində 200 milyon manat  həcmində  qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 4 iyun 2019-cu il.

 

Bütün xəbərlər