AMB 200 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

17:42 - 15.05.2019


15 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 15-də AMB 50100376S dövlət qeydiyyat nömrəli, Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 720,098,4 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 min AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 12 iyun  2019-cu il.

 

Bütün xəbərlər