AMB 200 milyon manat həcmində notlar yerləşdirib

09:31 - 23.05.2019


23 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) dünən qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjasının xəbərinə əsasən, mayın 22-də AMB 50100476S dövlət qeydiyyat nömrəli,  200 milyon manat həcmində, 28 gün müddətli qısamüddətli notlar yerləşdirib.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99,4773 AZN (6.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 785 592,5 min AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 min AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 19 iyun  2019-cu il.

 

Bütün xəbərlər