2019-cu ildə Azərbaycan Rusiya turistləri tərəfindən seçilən ilk 20 ölkə sırasındadır

11.06.2019,12:45


11 iyun, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2019-cu ilin birinci rübündə Rusiyadan getmə turizm ölkələrinin reytinqini təqdim etdi.

“TurStat”ın məlumatına görə, 2019-cu ilin ilk 3 ayında Rusiya vətəndaşlarının Azərbaycana səfərləri 2018-ci ilin eyni dövrünə nisbətən 12% azalaraq 130 minə qədər enib.

“2019-cu ilin birinci rübündə Rusiya turistləri arasında getmə turizm sayına görə ilk 20 ölkəyə Abxaziya - 803 min səfər, Finlandiya - 731 min, Qazaxıstan - 528 min, Tayland - 494 min, Çin - 484 min , Estoniya - 389 min, Ukrayna - 380 min, Türkiyə - 341 min, BƏƏ - 316 min, Almaniya - 307 min, İtaliya - 269 min, Polşa - 247 min, Gürcüstan - 208 min, Vyetnam - 189 min, İspaniya - 146 min, Azərbaycan - 130 min, Litva - 121 min, Çexiya - 105 min, Fransa - 102 min, və Ermənistan  94 min nəfərlə daxil olub”, - məlumatda belə deyilir.