Maliyyə Nazirliyi 25 milyon manatlıq DOİ yerləşdirdi

18:14 - 6.08.2019


6 avqust, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirib.

BFB xəbər verir ki, avqustun 6-da Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105015751 ISIN-li, 25 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10%) və 101.4657 AZN (7.2%) olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2994 (7.29%), orta ölçülmüş qiyməti 101.3264 (7.2754%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,144,100.00 AZN yerləşdirilmiş həcmi isə 25 milyon AZN təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 27 avqust 2021-ci il.

 

Bütün xəbərlər