Maliyyə Nazirliyi 25 milyon manat həcmində DQİ yerləşdirib

16:27 - 15.10.2019


15 oktyabr, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazların (DQİ) satışını həyata keçirib.

BFB-in məlumatına əsasən, oktyabrın 15-də AZ0104010746 İSİN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli DQİ yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846  AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81,854,800.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi: 13 oktyabr 2020-ci  il.

 

Bütün xəbərlər