330x110
 

AMB 100 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

23.10.2019,15:26


23 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 23 oktyabr  tarixində AMB 50102976S dövlət nömrəli, 100 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 470,810,400.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 21.11.2019.