“Embafinance” 1 milyon manat həcmində hərrac keçirəcək – Gələn həftə

15:34 - 8.11.2019


8 noyabr, Fineko/abc.az. “Embafinans” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bakı Fond Birjasından (BFB) ABC.AZ-a daxil olan məlumata görə, bu gün BFB-nin Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Müddəti 365 gün olan hərracın faiz dərəcəsi isə 10.5-dir.

Geri satınalma şərtinə gəlincə, bu o halda ola bilər ki, emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunsun. Hərracın aderrayteri “Unicapital İŞ” ASC –dir. İstiqrazların yerləşdirilməsi noyabrın 12-də BFB-də bir qiymətli hərrac üsulu ilə həyata keçiriləcək.    

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər