Turistlər üçün yardım-dəstək mərkəzi açılacaq - Gələn il

15:05 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. "Dövlət Turizm Agentliyi Bakıda turistlər üçün yardım-dəstək mərkəzi yaradacaq. Həmin mərkəz 2020-ci ilin yay mövsümündə istifadəyə veriləcək".

ABC.AZ xəbər verir ki, bunu Agentliyin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, həmin mərkəzin fəaliyyətində digər dövlət qurumlarının iştirakı da nəzərdə tutulur: "Hazırda proqram təminatının yaradılması istiqamətində iş aparılır.

Biz düşünürük ki, mərkəz növbəti ilin turizm mövsümündə, yəni yay mövsümü üçün istifadəyə veriləcək. Sözügedən mərkəzdə bir sıra xidmətlər cəmləşəcək və əlaqə üçün dördrəqəmli qaynar xətt olacaq. Bununla yanaşı Balakəndə dəTurizm İnformasiya Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzin yaradılması da növbəti ildə nəzərdə tutulur. Mərkəz turistlər üçün müxtəlif xidmətlər göstərəcək. Mərkəzin yaradılmasında əsas məqsəd turistlərin Azərbaycan ərazisinə Balakəndən keçərkən məlumat əldə etməsidir".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər