Sahibkarlar 70 milyon manatadək kredit alıb - Zəmanət və faiz subsidiyasının tətbiqi ilə

13:07 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İpoteka və Kredit zəmanət Fondunun 2019-cu il üzrə fəaliyyətinin yekunları ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, həyata keçirilmiş dəyişikliklər nəticəsində Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Mexanizmin təkmilləşdirilməsi nəticəsində təkcə 2019-cu ildə 2018-ci illə müqayisədə (17,529 mln. manat) Fond tərəfindən zəmanət və subdisiya verilmiş kreditlərin məbləği 3 dəfə artaraq 52,195 mln. manat olub. Ümumiyyətlə, bugünədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlar 70 mln. manatadək kredit əldə edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər