Bakı Fond Birjası bundan sonra Şokolad Tower-də yerləşəcək – Ofisini dəyişir

11:42 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. "Bakı Fond Birjası" QSC (BFB) ofisini dəyişir.

ABC.AZ bu barədə BFB-yə istinadən xəbər verir ki, Fond 1 fevral 2020-ci il tarixindən etibarən fəaliyyətinə yeni ünvanda – AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 2A (Şokolad Tower) davam edəcək.

Qeyd edək ki, BFB QSC formasında yaradılmış kommersiya təşkilatıdır. Birja 2000-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər