330x110
 

İki şagird buraxılış imtahanına buraxılmadı – Hərarətləri varmış

24.06.2020,15:44


24 iyun, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzi bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

ABC.AZ-ın məlumatına gör, İmtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə 9 şəhər və rayonda keçirilib.

İmtahanların təşkil edilməsi üçün 43 imtahan binası, 696 imtahan zalı, 43 ümumi imtahan rəhbəri, 112 imtahan rəhbəri, 904 nəzarətçi – müəllim, 86 buraxılış rejimi əməkdaşı, 43 bina nümayəndəsi ayrılıb. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən 2 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Müəllif: Elmir Murad